Energetika naziri BMT-nin nümayəndəsi ilə görüşdü

Hazırda oxunan: Energetika naziri BMT-nin nümayəndəsi ilə görüşdü

0:00
0:00
46914

Energetika naziri Pərviz Şahbazov BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir V.Andreyevanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

O, Qlazqoda baş tutmuş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Azərbaycanın yeni hədəflə çıxış edərək, istixana qazı emissiyalarının azaldılması ilə bağlı əlavə könüllü öhdəlik götürdüyünü bir daha diqqətə çatdırıb.
 

Görüşdə bu ilin mart ayında imzalanmış 2021-2025-ci illər üzrə “BMT və Azərbaycan Respublikası Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasından irəli gələn məsələlərə toxunulub.


Sənəd çərçivəsində enerji keçidinin vacib elementləri, o cümlədən bərpa olunan enerji, enerji səmərəliliyi, “yaşıl artım” və karbonsuzlaşdırma istiqamətləri üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Dayanıqlı enerji sahəsində milli hədəflər və qlobal təşəbbüslər arasında ahəngin təmin edilməsi üçün birgə fəaliyyət mexanizmləri nəzərdən keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin