Ermənilərin Azərbaycanın siyasi xadimlərinin olduğu vertolyotu vurmasından 30 il ötür – Qarakənd faciəsi

Hazırda oxunan: Ermənilərin Azərbaycanın siyasi xadimlərinin olduğu vertolyotu vurmasından 30 il ötür – Qarakənd faciəsi

46840

Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 30 il ötür.

Bizim.Media xəbər verir ki, “Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub.
 

MÖVZU İLƏ BAĞLI:

QARAKƏND faciəsində QORBAÇOV İZLƏRİ... – İndi də sülhməramlılar istintaqa mane olacaq?


Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri - ümumilikdə 22 nəfər həlak olub.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub.

Əvvəllər vertolyotun dumana düşərək qayaya çırpılması fərziyyəsi səsləndirilsə də, bir neçə gün sonra vertolyotun ermənilər tərəfindən vurulduğu təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin