Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib.
Bizim.Media xəbər verir ki, Azərbaycanda meyit donordan transplantasiya məqsədilə götürülə biləcək orqanlar müəyyənləşib.
Qanuna əsasən, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.
Canlı donordan isə transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzinin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.
Qanun gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək. 
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							21:07 / 08.12.2020
							
						Hansı orqanlar transplantasiya edilə bilər? - Azərbayanda yeni qanun
						
							
								Hazırda oxunan: Hansı orqanlar transplantasiya edilə bilər? - Azərbayanda yeni qanun							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Hansı orqanlar transplantasiya edilə bilər? - Azərbayanda yeni qanun							
						4679
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































