Məcburi müalicə təyin edilən şəxsə nəzarət edən icra məmurunun FUNKSİYALARI – Nələr etməlidir?

Hazırda oxunan: Məcburi müalicə təyin edilən şəxsə nəzarət edən icra məmurunun FUNKSİYALARI – Nələr etməlidir?

46771

Məcburi müalicə təyin edilmiş şəxs üzərində nəzarəti həyata keçirən icra məmurunun funksiyaları müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu baş nazirin Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə imzaladığı qərarda öz əksini tapıb.

Məcburi müalicə təyin edilmiş şəxs üzərində nəzarəti həyata keçirən icra məmuru bir sıra səlahiyyətləri həyata keçirəcək.

Bunlara azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxsin polis əməkdaşları tərəfindən müəssisəyə təhvil verilməsində iştirak etmək, məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə 3 ayda bir dəfədən az olmayaraq ixtisaslaşdırılmış tibb müəssisəsinə (İTM) baş çəkmək, məcburi müalicə təyin edilmiş şəxsin məcburi müalicə ilə bağlı ərizə və şikayətlərini qəbul etmək, həmin müraciətlər üzrə müvafiq tədbirlər görmək, məcburi müalicə ləğv edildikdə və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edildikdə nəzarət işinə xitam vermək və bu barədə səlahiyyətli məhkəməni məlumatlandırmaq və digər səlahiyyətlər daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin