30 illik hekayəsi qırılmış Azərbaycan siyasətbazları – İlqar Məmmədov KİMLƏRİ nəzərdə tutur?

Hazırda oxunan: 30 illik hekayəsi qırılmış Azərbaycan siyasətbazları – İlqar Məmmədov KİMLƏRİ nəzərdə tutur?

46760

REAL Partiyasının sədri İlqar Məmmədovun fikrincə, müharibədən sonrakı dövrdə insidentlərin, təxribatların olması normaldır. Lakin bunun ətrafında hay-küy yaratmaq lazım deyil. Çünki məsələni müharibə həddinə çatdırmaq olmaz. İlqar Məmmədov bildirib ki, Azərbaycan sülhməramlılara “get” əmrini versə, missiya Qarabağı tərk edəcək. Rus sülhməramlılar gedəndə qoyduqları abidəni də (Xocalıda əsgər heykəli) özləri ilə aparacaqlar. 

Bizim.Media İlqar Məmmədovun bu fikirləri ilə bağlı yaranan 3 özəl sualı elə REAL Partiyasının sədrinin özünə ünvanlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlqar Məmmədov: "Həmin minalar 10 günlük güzəşt müddətində basdırılıb”


Suallardan birincisi belədir:

Hay-küy qoparıb məsələni (sərhəddəki atışmaları) müharibə həddinə çatdırmaq istəyənlər kimlərdir?

“44 günlük müharibədən sonra bunu edən əsasən Ermənistanın qisasçı təbəqəsidir. Onlar müharibənin nəticəsindən məyus olublar. Yeni müharibə başladıb ölkələrinə tarixən vəd olunan xarici himayənin olub-olmadığını bir daha sınaqdan keçirmək istəyirlər. Digər tərəfdən bunu edən 44 günlük müharibə nəticəsində 30 illik hekayəsi qırılmış Azərbaycan siyasətbazlarıdır. Onlar da yeni müharibənin bulanıq suyunda balıq tutmaq istərdilər”.

Azərbaycan sülhməramlılara "get" əmrini verə biləcəkmi?

“Azərbaycan xalqı suveren və müstəqil dövlətə sahib olaraq bu dövlətin ərazisindəki istənilən xarici qüvvəyə “get” əmrini verməyə qadirdir”.

Ruslar heykəli niyə məhz Xocalıda qoyublar?

“Hərbi hissənin ərazisində, kazarmanın həyətində daim hansısa abidələr qoyulur ki, əsgərlər elə bilsinlər ki, onlar yaxşı işlə məşğuldurlar. Bir bu abidədən uzaqgedən nəticələr çıxarmaq yanlışdır. 2025-ci ilə qədər Qarabağda yerləşdirilən Rusiya qüvvələri haqqında qərarı Azərbaycan xalqı və dövləti verəcək – həm postmünaqişə tənzimlənməsinin gedişatından, həm də o qüvvələrin oynadığı roldan aslılı olaraq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin