İctimai televiziyanın efirində yayımlanan “3D” verilişində bir sıra siyasətçilər axtarışa verilib.
Bizim.Media xəbər verir ki, verilişin dünən yayımlanan buraxılışında Azərbaycan futbolu, yeni filmlərin çəkilməsi və Milli Məclislə bağlı nüanslara toxunulub.
MÖVZU İLƏ BAĞLI:
Millət vəkili Anar Məmmədov kirayə pulu alması ilə bağlı xəbəri TƏKZİB ETDİ
Belə ki, verilişin ilk dəqiqələrində Milli Məclisdə 5 yerin boş olması məsələsinə toxunulub.
Kadrda diqqət çəkən ən önəmli məqam isə, 5 siyasətçinin fotolarının asıldığı lövhə olub.
Həmin şəxslər isə, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı, Yeni Azərbaycan Partiyasından olan deputat Ramil Həsən, bitərəf deputat Zahid Oruc, Daşkəsənin icra başçısı Əhəd Abıyev və REAL partiyasının sədri İlqar Məmmədovdur.
Verilişin irəliləyən dəqiqələrində, aparıcıya ünvanlanan “Bəlkə, sizin kiminləsə sözünüz düz gəlmir?”, - sualına cavab olaraq isə, Lyuba və Əziz yuxarıda adları çəkilən siyasətçilərin fotolarının asıldığı lövhəyə diqqət çəkiblər.
Qeyd edək ki, həmin siyasətçilərin “3D”-ə qonaq olmaqdan imtina etdikləri bildirilir.
Murad Əhmədov, Bizim.Media