Saakaşvili ABŞ hakimiyyətinə müraciət edəcək - SƏBƏB

Hazırda oxunan: Saakaşvili ABŞ hakimiyyətinə müraciət edəcək - SƏBƏB

46746

Həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili kömək üçün ABŞ hakimiyyətinə müraciət edəcək. Siyasətçi müdafiə tələbi ilə bağlı ərizəsini vəkillərinə verib.

Bizim.Media Bloomberg agentliyinə istinadən xəbər verir ki, bundan əvvəl ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətini eks-prezidenti bütün məhkəmə iclaslarına buraxmağa və ona qarşı “ədalətli və ləyaqətlə” rəftar etməyə çağırıb.

“Əgər ABŞ məni müdafiə etməyə gəlməsə, bu, bütün qərbyönlü liderlər və xalqlar üçün dəhşətli siqnal olacaq”, - Saakaşvili yazıb.

Agentliyin məlumatına görə, siyasətçi şikayətlərini “tələsik əllə yazıb”. O, həbsxanada döyüldüyünü, digər dustaqların “gülüşləri” altında asfaltla sürükləndiyini deyib. Bundan əlavə, eks-prezident şikayət edib ki, onu mülki xəstəxanaya köçürmürlər, telefon vermirlər və işi ilə bağlı məhkəmə iclaslarına buraxmırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin