2021-ci ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,2 faiz artaraq 41,9 milyard manat təşkil edib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz, sənayenin qeyri neft-qaz sektorunda isə 20 faiz artıb.
Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma, 31,3 faizi emal, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 81,7 faiz olub. Ümumi istehsalın 91,5 faizi sənaye məhsullarının istehsalı, 8,5 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:05 / 19.11.2021
Sənayedə özəl müəssisələrin payı 82 faizə çatıb - RƏSMİ
Hazırda oxunan: Sənayedə özəl müəssisələrin payı 82 faizə çatıb - RƏSMİ
Hazırda oxunan: Sənayedə özəl müəssisələrin payı 82 faizə çatıb - RƏSMİ
46714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.