Noyabrın 16-da sərhəddəki erməni təxribatı zamanı şəhid olan leytenant Niftəliyev Ümüd Oruc oğlunun cənazəsi Naxçıvana gətirilib.
Bizim.Media xəbər verir ki, hava limanında şəhidin qarşılanma mərasimi olub. Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Şəhid Ümid Niftəliyevin nəşi Naxçıvana yola salındı - VİDEO
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Daha sonra şəhidin cənazəsi doğulduğu Nehrəm qəsəbəsinə yola salınıb.
Bizim.Media