Dövlət Xidmətinin keçmiş rəisinin məhkəməsi təxirə salındı

Hazırda oxunan: Dövlət Xidmətinin keçmiş rəisinin məhkəməsi təxirə salındı

46638

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Bizim.Media-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə gəlməyib.

Qeyd edilib ki, vəkillərin səhhətində problem olduğu üçün prosesə gələ bilməyiblər.

Proses noyabrın 30-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin