Bu ilin dekabrın 6-dan etibarən Ukraynanın “Bees Airline” aşağıbüdcəli (loukoster) aviaşirkəti Azərbaycana ilk uçuşunu həyata keçirəcək.
Bizim.Media şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, aviadaşıyıcı "Odessa" beynəlxalq hava limanından Gəncəyə uçuşlar yerinə yetirəcək. Uçuşlar həftədə bir dəfə olmaqla bazar ertəsi həyata keçiriləcək.
Odessa-Gəncə-Odessa reysinin cədvəlinə əsasən, Odessadan uçuş yerli vaxtla saat 09:00-da, Gəncəyə eniş saat 13:20-də, Gəncədən uçuş saat 14:20-də, Odessaya eniş isə saat 15:00-da olacaq.
Bir istiqamətə biletin minimal qiyməti 2 600 qrivna (167 manat) təşkil edir.
Qeyd edək ki, uçuşlar noyabrın 1-nə planlaşdırılsa da, sonradan təxirə salınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:04 / 18.11.2021
Odessa-Gəncə aviareysinin açılışı təxirə salındı – Planda dəyişiklik
Hazırda oxunan: Odessa-Gəncə aviareysinin açılışı təxirə salındı – Planda dəyişiklik
Hazırda oxunan: Odessa-Gəncə aviareysinin açılışı təxirə salındı – Planda dəyişiklik
46627
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.