Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15%-ə endirdi

Hazırda oxunan: Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15%-ə endirdi

0:00
0:00
46618

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Mərkəzi Bankın saytında yer alıb.

Mənbə yazır ki, iclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 16%-dən 15%-ə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15%-dən 17%-ə qaldırılmış, bu il fevralın 18-də keçirilən iclasında sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında 17%-dən 19%-ə qaldırılmış, sentyabrın 23-də keçirilmiş iclasında 19%-dən 18%-ə, oktyabrın 21-də keçirilmiş iclasında isə 18%-dən 16%-ə endirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin