Sahil Babayev koronavirusa yoluxub - ÖZƏL

Hazırda oxunan: Sahil Babayev koronavirusa yoluxub - ÖZƏL

46617

Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri Sahil Babayev koronavirusa yoluxub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hazırda nazirin vəziyyəti normaldır və o, müalicəsini ev şəraitində davam etdirir.

Bu səbəbdən də Sahil Babayev bir müddətdir ki, işə çıxmır. Verilən məlumata görə, dünən Milli Məclisin plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində çıxışı gözlənilən naziri xəstəlik səbəbilə müavini Anar Kərimov əvəz edib.

Məsələ ilə bağlı ƏƏSMN-nin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxladıq. O, nazir Sahil Babayevin koronavirusa yoluxması xəbərini nə təkzib, nə də təsdiq etdi. Əvəzində məsələ ilə bağlı rəsmi sorğu göndərməyimizi xahiş etdi. Nazirliyin rəsmi cavabını və Sahil Babayevin son vəziyyəti ilə bağlı xəbər gözləyirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin