12 il sonra yenidən UNESCO-da - Ölkəmiz hansı məsələni qaldıracaq?

Hazırda oxunan: 12 il sonra yenidən UNESCO-da - Ölkəmiz hansı məsələni qaldıracaq?

46594

Dünən beynəlxalq arenada ölkəmiz üçün daha bir əlamətdar hadisə baş verib. 
Belə ki, Azərbaycan UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib. 

Bizim.Media xəbər verir ki, seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə namizədliyi irəli sürülən ölkəmiz, 143 səs çoxluğu ilə şuraya üzv seçilib. 

Bu hadisə bir daha Azərbaycan beynəlxalq arenadakı nüfuzunun yüksək olduğunu sübut etdi. Həmçinin ölkəmizin namizədliyinin çoxlu dövlət tərəfindən dəstəklənməsi elm, təhsil, mədəniyyət sahəsinə ayırdığı böyük diqqətin və mədəni irsimizin qorunmasında göstərdiyi diqqətin qlobal qiymətləndirilməsinin nəticəsidir.

Bu uğur ölkəmiz üçün hansı üstünlükləri vəd edir?

Sualımızı cavablandıran Milli Məclisin deputatı Fazil Mustafa bu uğurun Azərbaycan üçün vacib əhəmiyyət kəsb etdiyini bildirdi.

Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdəki erməni vandalizminin “əl işlərini” dünya ictimaiyyətinə çıxarılmasında böyük təkan olacağını qeyd etdi:

“Bu böyük uğurdur. Bu uğurun qazanılması Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın həm UNESCO, həm də İSESCO səviyyəsində əvvəlki fəaliyyətlərinin nəticəsidir. Azərbaycan bu qrumlarla intensiv əməkdaşlıq edir. Xüsusilə də işğaldan azad olunmuş ərazilərimizdə proseslərin tənzimlənməsi, mədəni abidələrin müəyyən şəkildə bərpa olunması baxımından olduqca faydalı bir nəticə qoyacaq”. 

Fazil Mustafa həmçinin şuranın üzvü olaraq ölkəmizin 4 il ərzində görməli olduğu işləri də diqqətə çatdırdı: 

“Burada birinci növbədə prioritetimiz Qarabağ məsələsi olmalıdır. Xüsusilə də dağıdılmış abidələr məsələsinə diqqət ayrılmalıdır. Beynəlxalq səviyyədə bu məsələlərin həllinə nail olmalıyıq”.

Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə də UNESCO İcraiyyə Şurasının üzvü olub. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin