İzmirdə həbs edilən Lotu Qulinin yaxın adamı hansı ölkəyə veriləcək? - DETALLAR

Hazırda oxunan: İzmirdə həbs edilən Lotu Qulinin yaxın adamı hansı ölkəyə veriləcək? - DETALLAR

0:00
0:00
46576

Azərbaycan əsilli kriminal avtoritet, mərhum Lotu Qulinin yaxın adamlarından biri İlham Hacıyev (İlham Bolniski) üç gün əvvəl İzmirdə həbs edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sabah” qəzetində yer alıb.

Mənbə yazır ki, yeni taclandırılan qanun oğru saxta pasportla Türkiyədə olub.

Gürcüstan əsilli İlham Hacıyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən silah qaçaqmalçılığı ittihamı ilə axtarışa verilib və o, İnterpol tərəfindən axtarılıb.

Lakin İlham Bolniski təkcə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarılmır. Rusiya və Fransa hüquq-mühafizə orqanları da Hacıyevi İnterpol xətti ilə beynəlxalq axtarışa veriblər. Hacıyevin bu ölkələrin hakimiyyət orqanları tərəfindən hansı cinayətlərdə ittiham olunduğu məlum deyil.

Bildirilir ki, Bolniskinin ekstradisiyası ilə bağlı prosedur artıq başlayıb, lakin onun hansı ölkəyə təhvil veriləcəyi açıqlanmır.

Sosial şəbəkələrdə İlham Hacıyevin türk mafiyasının tanınmış lideri Sedat Pekerlə fotoları da yayılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin