“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib.
Bu barədə “Aysor” nəşri məlumat yayıb.
Baş nazir bu ilin mayından Rusiya, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasiyası üzrə 3 təklifin irəli sürüldüyünü diqqətə çatdırıb.
“Bunların 3-də bizim üçün qəbul ediləndir. Mənim noyabrın 17-də verdiyim bəyantdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbul ediləndir”, - deyə Paşinyan vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
11:59 / 18.11.2021
“Sərhədin müəyyənləşdirilməsi üçün Rusiyanın təklifləri ilə razıyıq” – Paşinyan
Hazırda oxunan: “Sərhədin müəyyənləşdirilməsi üçün Rusiyanın təklifləri ilə razıyıq” – Paşinyan
Hazırda oxunan: “Sərhədin müəyyənləşdirilməsi üçün Rusiyanın təklifləri ilə razıyıq” – Paşinyan
46572
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.