İlqar Vəlizadə: “Zəfər paradı bütün dünyaya bir mesajdır”

Hazırda oxunan: İlqar Vəlizadə: “Zəfər paradı bütün dünyaya bir mesajdır”

4657

Regionda bizə dost olan başqa dövlətlər də Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığından nəticə çıxaracaq.

Bizim.Media-ya eksklüziv açıqlamasında politoloq İlqar Vəlizadə zəfər paradını əlamətdar hadsə adlandırıb: 

“Bu parad təkcə Azərbaycan üçün deyil, həm də regionun təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan Türkiyə münasibətlərinin nə dərəcədə bölgə üçün vacib olduğunu göstərir. Və bu münasibətlərin region təhlükəsizliyində rolunu nümayiş etdirir. Həm də onu göstərir ki, artıq bu ənənə halına çevrilib''.

''Zəfər, qələbə ilə bağlı ilk parad olsa da, amma Azərbaycan-Türkiyə arasında ilk belə hadisə deyil. Çünki hərbi əməkdaşlığımızın 100 illik tarixi var. Müasir dövrdə isə, birgə paradın keçirilməsinin yeni faydaları var. Əlbəttə ki, bu parad digər ölkələrə, bütün dünyaya bir mesajdır”. 

Bu ismarıcla hər iki dövlət bir daha göstərir ki, münasibətlərimiz sarsılmazdır. Bununla da həm Azərbaycan, həm də Türkiyə bir-birinə nə qədər arxalandığını sərgiləyir, deyən politoloq, regionda bizə dost olan başqa ölkələrin də bundan nəticə çıxaracağını bildirib:

“Bununla da həmin ölkələr də Azərbaycan və Türkiyə ilə daha sıx münasibətlər qurmaq niyyətində olacaqlar. Bu parad düşmənlərə də bir mesajdır ki, bu cür birliyin qarşısını ala bilən qüvvə yoxdur və olmayacaq da!”

Politoloq İlqar Vəlizadənin fikrincə, bu parad göstərəcək ki, əgər kimsə Azərbaycana qarşı məkirli planlar qurursa, qardaş ölkələrin, Azərbaycan və Türkiyənin hərbi-siyasi müstəvidə iş birliyi, bütün bu planları alt-üst edəcək.  

Anar Rəhimov, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin