Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir.
Bizim.Media-nın məlumatına görə, forumda dövlət qurumlarının rəsmi nümayəndələri, ölkənin bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edir.
Forumda dövlət himni səsləndirilib.
Forumda xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum, şəhid və qazi övladlarının, həmçinin sağlamlıq imkanları məhdud uşaqların təmsilçiliyinə daha çox önəm verilir.
Forum uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunması; uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq; dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir.
Bizim.Media