Nazir Bakıdakı dünya çempionatının açılışında çıxış etdi: “4-cü dəfədir ki...”

Hazırda oxunan: Nazir Bakıdakı dünya çempionatının açılışında çıxış etdi: “4-cü dəfədir ki...”

46551

Bakıda batut gimnastikası üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında ilk olaraq iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilib.

Məşqçilər və hakimlərin andından sonra Avropa Gimnastikasının prezidenti, gənclər və idman naziri Fərid Qayıbova söz verilib.

Qonaqları və idmançıları salamlayan nazir Prezident və Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin siyasəti nəticəsində ölkədə bir sıra irimiqyaslı beynəlxalq yarışların keçirildiyini xatırladıb:

"Azərbaycanda müxtəlif idman qurğularının mövcud olması, təşkilatçılıq təcrübəsi və bizə məxsus vətənpərvərliyi tədbir iştirakçıları həmişə müsbət qiymətləndirib. Artıq 4-cü dəfədir ki, gimnastika üzrə dünya çempionatı keçiririk. Daha əvvəl iki dəfə bədii gimnastika, bir dəfə aerobika üzrə belə yarışlar təşkil olunub. Hamısı da yüksək səviyyədə baş tutub. İnanıram ki, bu mundial da istisna olmayacaq. Azərbaycan Gimnastika Federasiyasına və qurumun prezidenti Mehriban Əliyevaya yarışı təşkil etdikləri üçün təşəkkür edirəm".

Qayıbov dünya çempionatını Azərbaycana həvalə etdiyi üçün Beynəlxalq Gimnastika Federasiyasına (FIG) da minnətdarlığını bildirib:

"Əməyi olan hər kəsə və könüllülərə təşəkkür edirəm, idnançılara uğurlar arzulayıram. İnanıram ki, ölkəmizdə keçirdikləri hər gün onlar üçün maraqlı olacaq".

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra mundial açıq elan olunub.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin