Avropa İttifaqı Azərbaycan və Ermənistana MÜRACİƏT ETDİ

Hazırda oxunan: Avropa İttifaqı Azərbaycan və Ermənistana MÜRACİƏT ETDİ

46482

Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edərək, tərəfləri həll olunmamış məsələlərin çözülməsi üçün danışıqları bərpa etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə ittifaqın xarici siyasət xidmətinin bəyanatında deyilir.

"Aİ Ermənistan və Azərbaycanı maksimum təmkin nümayiş etdirməyə, bölgədəki hərbi qüvvələri çıxarmağa və iki üçtərəfli saziş üzrə öhdəliklərə hörmət etməyə çağırır.

Biz hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla, həll olunmamış məsələlərin hərtərəfli həllinə nail olmaq üçün danışıqlara qayıtmağa çağırırıq”, deyə mesajda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin