“Azərbaycan-Ermənistan sərhədindəki dünənki eskalasiyanı təsadüfi döyüş adlandırmaq olmaz. Bu, daha çox geniş hərbi əməliyyatlara bənzəyib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri müntəzəm olaraq Azərbaycanın əleyhinə təxribat xarakterli süjetlər hazırlayan “wargonzo” layihəsinin rusiyalı jurnalisti Semyon Peqov Ermənistanın Cermuk şəhərində video müraciətində səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri bu əks-hücuma yaxşı hazırlaşaraq Kəlibəcər rayonunda nəzarət etdikləri ərazilərdən ən azı 50 km uzunluğunda yol qət ediblər:
“Yəni, bu, kortəbii əks-hücum olmayıb. Erməni hərbi mənbələrinə görə, onların hərəkətləri izlənilib”.
Xatırladaq ki, dünən hərbi əməliyyatlar dünyaca məşhur Cermuk kurortundan cəmi 10-15 km aralıda baş verib.
Bizim.Media