“Nikol xain, Köçəryan qatil, Serj isə Çeburaşkadır. Biz kimik? İnsanlar, onlar bizim yeni yaranan obrazlarımızdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri esse.am saytının jurnalisti Azərbaycan-Ermənistan sərhədinin Laçın-Kəlbəcər istiqamətində hərbi əməliyyatlar ərəfəsində hərbi əməliyyatların başlamasının səbəblərini təhlil edərək yazıb.
MÖVZU İLƏ BAĞLI:
İctimai fəal Paşinyanı “türk” adlandırdı – Barəsində cinayət işi açıldı
Müəllif qeyd edir ki, dünənki döyüşlər barədə çox danışılır, amma heç bir iş görülmür:
“Mən bu gün Azərbaycanı qınamayacağam, çünki indi baş verənlər bizim hökumətin gizli razılığı ilə baş verir. Hamımız çöldə sakitcə otlayan inək kimiyik. Ümumiyyətlə, hamımız danışmağı sevirik, amma hərəkət etməyi deyil.
Yaxşı, Nikol xain, Köçəryan qatil, Serj isə Çeburaşkadır. Biz kimik? İnsanlar, onlar bizim yeni yaranan obrazlarımızdır. Ətrafa diqqətlə baxın, onların hər birini görə bilərsiniz".
Jurnalist daha sonra təhlilində Azərbaycanı İngiltərə, Ermənistanı isə 100 illik müharibə zamanı Fransa ilə müqayisə edib: “Bu vəziyyət 100 illik müharibənin birinci mərhələsinə bənzəyir, o zaman ingilislər vuruşdular, fransızlar isə öz cəngavərliklərini və cəsarətlərini nümayiş etdirdilər”.
Bizim.Media