Ali məktəb dərsliklərinin çapı üçün vəsait ayrılsın – Deputatdan TƏKLİF

Hazırda oxunan: Ali məktəb dərsliklərinin çapı üçün vəsait ayrılsın – Deputatdan TƏKLİF

46452

“Mən təklif edirəm ki, Ali məktəb dərsliklərinin çapı üçün xüsusi vəsait ayrılsın. Bu kitablar bərbad vəziyyətdədir. Çox vaxt bu məsələni qaldıranda Ali Məktəb rektorları deyirlər ki, bizim bunun üçün vəsaitimiz yoxdur. Tələbələrə yeni kitablar verilmir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin birinci oxunuşu zamanı deputat Etibar Əliyev deyib.

“Biologiya, kimya və fizika elmi haqqında kitablara mağazalarda heç kim toxunmur. Düşünürəm ki, kitablar bir yöndə çap olunmamalıdır.

Böyük ticarət mərkəzləri var, ancaq kitab üçün də belə mərkəzlər yaradılmalıdır. Necə ki, Amay, Sədərək, Binə ticarət mərkəzləri var, bu da olmalıdır. Kitabların 18% əlavə dəyər vergisindən azad olunması onun qiymətini yenə də ucuzlaşdırmayıb”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin