Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 704,4 min barel olub.
Bizim.Media bildirir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Hasilatın 585,9 min barelini xam neft, 118,5 min barelini isə kondensat təşkil edib.
Nazirlikdən açıqlanıb ki, Azərbaycan oktyabr ayında “OPEC+” öhdəliyini artıqlaması ilə yerinə yetirib.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin iclasında qəbul edilmiş qərar oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatının 640 min barelə çatdırılmasını və ixtisarla bağlı öhdəliyin 78 min barel həcmində olmasını nəzərdə tutur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:57 / 17.11.2021
Oktyabrda 704,4 min barel neft hasil edilib – Energetika Nazirliyi
Hazırda oxunan: Oktyabrda 704,4 min barel neft hasil edilib – Energetika Nazirliyi
Hazırda oxunan: Oktyabrda 704,4 min barel neft hasil edilib – Energetika Nazirliyi
46442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.