“Rusiya İxrac Mərkəzi” SC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında Anlaşma Memorandumu imzalanıb.
Bizim.Media xəbər verir ki, imzalanma mərasimi Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbir zamanı baş tutub.
MÖVZU İLƏ BAĞLI:
KOBİA Dubay Ticarət və Sənaye Palatası ilə Anlaşma Memorandumu imzaladı - FOTO
Sənədi Rusiya İxrac Mərkəzinin (RİM) Baş direktoru Veronika Nikişina və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.
Bizim.Media