Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 156,9 milyon ton yük və 959,7 milyon sərnişin daşınıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz artıb, sərnişin daşınması isə 5,9 faiz azalıb.
MÖVZU İLƏ BAĞLI:
Hava nəqliyyatı ilə yükdaşımaların həcmi açıqlandı
Yüklərin 57,4 faizi avtomobil, 31,6 faizi boru kəməri, 7,8 faizi dəmir yolu, 2,9 faizi dəniz, 0,3 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 93,9 faizi avtomobil, 5,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Xatirə, Bizim.Media