Yaxın Şərqin ən böyük karvansarayı uçma TƏHLÜKƏSİ ilə ÜZ-ÜZƏ – Faktlar kimdən gizlədilir? 

Hazırda oxunan: Yaxın Şərqin ən böyük karvansarayı uçma TƏHLÜKƏSİ ilə ÜZ-ÜZƏ – Faktlar kimdən gizlədilir? 

46369

Yaxın Şərqdə ən böyük karvansarayı hesab olunan Şəkidəki “Aşağı Karavansaray” yola uçma təhlükəsi ilə üz-üə qalıb. Dəfələrlə dövlət tərəfindən tarixi abidənin təmir-bərpa işlərinə vəsait ayrılsa da, karvansaray işlək deyil və 20 ildir üzə çıxarılmır. 

Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq var. “Aşağı Karvansaray” kompleksi 2011-ci ildə ilk dəfə əsaslı təmir olunub.

Hətta ölkə başçısı İlham Əliyev kompleksin təmir-bərpa işləri ilə yaxından tanış olub. Aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 60-80 nəfərlik mehmanxananın tikilməsi nəzərdə tutulduğu bildirilsə də, görülən işlərlə bağlı hər hansı məlumat açıqlanmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Lənkərana saray bəxş edən XANIN məzarına pul tapılmır – ÇÜNKİ...


Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssi Fərəh Sabirqızı Bizim.Media-ya açıqlamasında “Aşağı Karvansaray” kompleksinin fəaliyyətsizliyi ilə bağlı məsələyə münasibət bildirib.

Onun sözlərinə görə Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Aşağı Karvansaray tarixi memarlıq abidəsinin texniki vəziyyəti Dövlət Turizm Agentliyinin müraciəti əsasında bu ilin əvvəlində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən yoxlanıb:

“Mühəndis müayinəsinin nəticələrinə dair AzİMETİ tərəfindən verilən yekun rəydə Aşağı Karvansaray binasının yükdaşıyan konstruksiyalarının vəziyyətinin normal olduğu bildirilib.
 

Əlavə olaraq abidənin qorunması və təhlükəsiz istismarının təmin edilməsi məqsədilə əsaslı təmiri barədə təkliflər irəli sürülüb.


Buna uyğun olaraq Dövlət Turizm Agentliyi tərəfindən Aşağı Karvansaray binasının təmir və bərpası ilə bağlı  layihələndirmə işlərinin aparılması üçün tədbirlər davam etdirilir”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin