"Dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və son genişmiqyaslı hücum bu gün baş verib".
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında Prezident İlham Əliyev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Avropa İttifaqı Şurasının lideri İlham Əliyevə zəng etdi
Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfdən yaralılar var, lakin Ermənistanın təxribatlarına adekvat cavab verilir:
"Yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə İlham Əliyev vurğuayıb.
Bizim.Media