Gəncədə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Bizim.Media xəbər verir ki, Goranboy rayonun Cinliboluslu kənd sakini Elvin Əliyev barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə E. Əliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
Qeyd edək ki, sözügedən şəxs “VAZ 2106” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşmışdı.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:33 / 16.11.2021
Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO
Hazırda oxunan: Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO
Hazırda oxunan: Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO
46321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.