"Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib".
Bizim.Media xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.
Nazirlik rəsmisi bildirib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb:
"Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".
O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət kimi ələ keçirilib:
Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:58 / 16.11.2021
Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb - RƏSMİ
Hazırda oxunan: Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb - RƏSMİ
Hazırda oxunan: Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb - RƏSMİ
46292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.