Azərbaycanın qədim, tarixi ərazisi olan Zəngəzur mahalında azərbaycanlıların məzarları erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb.
Bizim.Media xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunur ki, Britaniya vətəndaşı Ermənistanda olarkən Zəngəzurda bir vaxtlar azərbaycanlıların yaşadığı Qızılcıq kəndində (İşxanasar) dağıdılmış məzarlıqları görüb.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda qədim məzarlıq aşkarlandı - FOTO
Kənd qəbiristanlığında dağıdılmış, köhnə qəbirləri lentə alan fotoqraf dəhşətli görüntülərin canlı şahidi olub. Fotolardan da göründüyü kimi erməni vandalları azərbaycanlılara məxsus olan bütün qəbirləri darmadağın ediblər.
Bir müddət keçdikdən sonra yaxınlıqda futbol oynayan kişilər britaniyalı turstin nə ilə məşğul olduğu ilə maraqlanıblar. Şübhələndiklərindən əraziyə polis çağırıblar. Yarım saat sonra əraziyə gələn polis isə britaniyalı vətəndaşı dindirib.
1 saat davam edən sorğu zamanı polis onun telefonundakı fotoları sildirib. Turist bəzi fotoları vaxtında erməni vandallarından gizlədə bilib.
Göründüyü kimi bütün dünyaya azərbaycanlıların onların məzarlarını, tarixi abidələrin və kilsələrini dağıtması barədə HAY-həşir salan ermənilər öz paxırlarının açılmasını istəmir.
Tarix boyu zəbt olunan, sovet hakimiyyəti tərəfindən ermənilərə hədiyyə olunan ərazilərimizdə minlərlə Azərbaycan qəbirləri, tarixi və dini abidələri terrora məruz qalaraq, darmadağın edilib.
Həmin fotoları təqdim edirik:
Vüsalə Balayeva, Bizim.Media