Rusiyanın РБК agentliyindən Azərbaycana qarşı növbəti təxribat: "Dağlıq Qarabağ", şişirdilmiş rəqəmlər...

Hazırda oxunan: Rusiyanın РБК agentliyindən Azərbaycana qarşı növbəti təxribat: "Dağlıq Qarabağ", şişirdilmiş rəqəmlər...

46275

Noyabrın 13-də Rusiyanın РБК - informasiya agentliyi tərəfindən “Qarabağ müharibədən bir il sonra necə yaşayır” adlı xüsusi reportaj hazırlanıb.

Agentliyin rəsmi saytında yayımlanan reportajda diqqət çəkən əsas məqam dəfələrlə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi və müharibənin “Dağlıq Qarabağ” iqtisadiyyatı üçün fəlakətə çevrildiyinin qabardılmasıdır. 

Qarabağdakı erməni əhalinin mövcudluğunun tamamilə Ermənistandan asılı olduğunu unudan agentlik, qəribə şəkildə heç bir ölkə tərəfindən tanınmayan qondarma subyektin Ümumi Daxili Məhsul (ÜDM) və ixrac potensialından bəhs edir. Reportajdakı əsassız iddialar bununla da yekunlaşmır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana qarşı qərəzli mövqe tutan “Kyiv Post” nəşrini kim bağlatdı? – MARAQLI TƏFƏRRÜAT 


Belə ki, Rusiyalı oxucuların zərif damarından tutmağa çalışan agentlik, Xankəndi şəhərinin girişində Rusiya prezidenti Vladimir Putinin gülən portretinin əks olunduğu reklam lövhəsinə yer verib. Şəhərdə sayğaclı taksilərin, müntəzəm avtobusların işlədiyi, bərbərxanaların, gözəllik salonlarının açıldığı və məktəblərin fəaliyyət göstərdiyi də xüsusilə vurğulanıb.

Qondarma rejimdəki mənbə РБК -ya etiraf edib ki, bütün bunlara baxmayaraq Ermənistana qaçanların əksəriyyəti Qarabağa geri qayıtmaq istəmir, əksinə bir çoxları da buranı tərk etmək fikrindədir. Bunun əsas səbəbi isə daimi təhlükə və regionun qeyri-müəyyən gələcəyidir. 

РБК -nın həmsöhbətləri qeyd ediblər ki, vətəndaşların geri qayıtması problemi hazırda ən mühüm problemdir:

“Əgər insanlar burada yaşamaq istəmirlərsə, bura sadəcə olaraq Ermənistana lazım olmayan torpaq parçası olacaq”. 

Rəsmi Bakı dəfələrlə öz ərazisində qondarma “DQR” respublikasının olmadığını bəyan etməsinə baxmayaraq РБК informasiya agentliyi yayımladığı reportajda qondarma “respublika”-nın fəaliyyətindən bəhs edib və qondarma qurumun iqtisadiyyat və kənd təsərrüfatı naziri Armen Tovmasyanın müsahibəsini yayımlayıb.
 

Xatırladaq ki, Azərbaycana qarşı oxşar təxribatlar təkcə bu kanal tərəfindən edilmir. Demək olar ki, hər gün “Rossiya 1”, “RT” və digər telekanallar, internet resursları Azərbaycan və Türkiyənin əleyhinə reportajlar, süjetlər hazırlayır, erməniyönlü dırnaqarası siyasətçiləri canlı studiyaya dəvət edərək rəsmi Bakı və Ankaraya qarşı təhqiramiz ifadələr işlədirlər.


Rusiyanın Müdafiə Nazirliyi başda olmaqla bir çox rəsmi qurumlar Azərbaycanda “Dağlıq Qarabağ” adlı subyektin yoxluğuna baxmayaraq hələ də “Dağlıq Qarabağ” ifadəsindən gen-bol istifadə etməkdə israrlıdırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin