Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.
Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları İrəvandakı küçələri bağlamağa cəhd göstəriblər.
Etirazçılar əvvəlcə Maştots prospekti ilə Tumanyan küçəsinin kəsişməsini bağlamağa çalışıblar. Lakin polis onlarn bu səylərinin qarşısını alıb və etirazçıları ərazidən uzaqlaşdırıb.
Polis nümayişçilərin Əmiryan küçəsini bağlamaq istəyinə də mane olublar. Aksiya iştirakçıları Respublika meydanına üz tutduqları üçün mərkəzdə hərəkət çətinləşib.
Erməni mediası polislərin sayının etirazçılardan çox olduğunu qeyd edir. Nümayişçilər arasında saxlanılanlar da var.
Xatırladaq ki, müxalifət Paşinyana istefası üçün 8 dekabr saat 12:00-dək vaxt vermişdi, əks halda itaətsilzik aksiyalarının başlanacağı bəyan edilmişdi.
Bizim.Media