​​​​​​​Ermənistan maraqlarına xidmət edən Pentaqonun eks müşaviri Maykl Rubin haqqında -TƏFƏRRÜAT

Hazırda oxunan: ​​​​​​​Ermənistan maraqlarına xidmət edən Pentaqonun eks müşaviri Maykl Rubin haqqında -TƏFƏRRÜAT

46193

Amerikalı analitik, Amerika sahibkarlıq institutunun elmi əməkdaşı, Pentaqonun keçmiş müşaviri, alovlu ermənipərəst, eləcə də Azərbaycan və Türkiyə əleyhinə lobbiçi kimi tanınan Maykl Rubin rüşvətxorluqda, vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməkdə ittiham edilir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb.

Mənbə yazır ki, Rubin rəsmi səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edib, bir çox ölkələrdə müharibənin qızışdırılmasında yardımçı olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada erməni separatçılarının şəriki saxlanıldı - VİDEO


Xatırladaq ki, Rubin Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb, ABŞ-ı Qarabağda müharibə zamanı fəaliyyətsizlikdə və 907-ci düzəlişin dayandırılması müddətinin uzadılmasında ittiham edib.

O, Amerika hakimiyyətini Türkiyəyə F-16 qırıcılarını satmamağa, İlon Maskı isə Türkiyənin “Türksat” peykinin “hərbi məqsəd daşıdığı” iddiasına görə orbitə buraxılmasından imtina etməyə səsləyib.

Aydındır ki, Rubin təmənnasız olaraq erməni maraqlarına xidmət etmir. Amerika mediasında ABŞ Xarici Hərbi Araşdırmalar İdarəsinin hazırkı analitikinin iştirak etdiyi korrupsiya sxemləri də daxil olmaqla məqalələr ortaya çıxıb.
 

“The New York Times”ın yazdığına görə, hələ 2006-cı ildə Maykl Rubin Pentaqonun sifarişi ilə hazırlanan və müxtəlif KİV-lərdə dərc olunan reklam məqalələrinin yayılması ilə məşğul olub.


Nəşr yazıb ki, Rubin vasitəsilə pullar İraq qəzetlərinə verilib ki, onlar Amerika əsgərləri haqqında müsbət danışsınlar.

Maykl Rubinlə bağlı başqa bir informasiya Səudiyyə Ərəbistanının milyonerlərindən aldığı pullarla bağlıdır. Bildirilir ki, Rubin böyük məbləğ götürərək “Civils Rights See” və “Amnesty International” kimi təşkilatları günahlandırmağa başlayıb. Və sonradan bu ittihamlar tamamilə cəfəngiyyat kimi qəbul edilib. 

Rubin təkcə ABŞ-da deyil, Somalidə də fırıldaqçı hesab olunur. 2019-cu ildə o, qəfildən bölgə ilə maraqlanıb və tanınmamış Somaliland dövlətini dəstəkləyən bir sıra məqalələr yazıb. 
 

Amerika mətbuatının yazdığına görə, Rubin dezinformasiya və yalan məlumatların köməyi ilə ABŞ-ı İraqa soxulmağa sövq edib, həmçinin bu ölkədə rəsmi Vaşinqtonun maraqlarını qəbul etdirmək üçün İran hakimiyyətinin məktublarını daim yanlış şərh edib.


Rubin gizli oyunların köməyi ilə məqsədinə nail ola bilməyəndə açıq şəkildə zorakılığa çağırıb. Belə ki, Pentaqonun keçmiş müşaviri birbaşa İran lideri Mahmud Əhmədinejadın fiziki məhv edilməsini istəyib. Daha sonra o, İsraildən HƏMAS-ı və onun bütün üzvlərini tamamilə məhv etməyi tələb edib. Onun bu fikirləri isə çoxlarını şoka salıb.

İndi Rubin müxtəlif ölkələrin, o cümlədən Ermənistanın maraqlarına xidmət edir. O, həmçinin ABŞ-ı Yaxın Şərq, Afrika, Asiya və Cənubi Qafqazda problemli münaqişələrdə iştirak etməyə sürükləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin