Rusiyadan müəmmalı hesabat - Erməni terrorçunun təxribatından danışılmadı

Hazırda oxunan: Rusiyadan müəmmalı hesabat - Erməni terrorçunun təxribatından danışılmadı

46168

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin noyabrın 13-dəki fəaliyyəti ilə bağlı hesabatı açıqlayıb.

Bizim.Media xəbər verir ki, hesabatda həmin gün Şuşada təxribat törətmiş 1975-ci il təvəllüdlü terrorçu Norayr Mirzoyanın Ermənistana təhvil verilməsi ilə bağlı heç bir məlumat qeyd edilməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rus sülhməramlıların erməni LEKSİKONU – Coğrafi adlarımıza qondarma münasibət - FOTOFAKT


Qeyd edək ki, Mirzoyanın təxribatı nəticəsində üç azərbaycanlı hərbçi yaralanıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması ilə bağlı birgə açıqlamasında Mirzoyana qarşı bir neçə maddələr üzrə cinayət işi açıldığı qeyd edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin