Eldar Həsənovun cinayət işindən YENİ XƏBƏR VAR

Hazırda oxunan: Eldar Həsənovun cinayət işindən YENİ XƏBƏR VAR

46128

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər cinayət işinin materialları ilə bağlı bir neçə vəsatət qaldırıblar.

Məhkəmə yerində müşavirədən sonra təqdim olunan vəsatətləri hazırkı mərhələdə baxılmamış saxlanıldığını elan edib.

Daha sonra iclasda cinayət işi üzrə məhkəmə sənədinin tədqiqi mərhələsinə başlanılıb. Proses noyabrın 19-da davam etdiriləcək.

Xatırladaq ki, aparılan istintaqla Həsənov Eldar Hümbət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin