Ermənistan kilsəsinə iranlılar rəhbərlik edir – Mollalar və keşişlər arasında GİZLİ SÖVDƏLƏŞMƏLƏR 

Hazırda oxunan: Ermənistan kilsəsinə iranlılar rəhbərlik edir – Mollalar və keşişlər arasında GİZLİ SÖVDƏLƏŞMƏLƏR 

46108

İran İslam Respublikası leqal olaraq bir dini dövlətdir və ölkədə bütün qanunlar şəriət qaydaları ilə həyata keçirilr. Elə hökümətlər də var ki, beynəlxalq hüquqa görə, dünyavi dövlət olsa da idarəçiliyi demək olar ki, taleyini həll edəcək məsələlər dini nümayəndələr tərəfindən tərtib edilir. Elə Ermənistan kimi...

Erməni dini dairələrini İran mollalarına bağlayan səbəb...

Dünyada türk diplomatlarına qarşı ASALA erməni təşkilatının həyata keçirdiyi soyqırım var. Bu qətllərin bütün qərarları isə Erməni kilsəsi tərəfindən verilib. Heç kəsə sirr deyil ki, ASALA məhz erməni kilsəsi tərəfindən yaradılaraq, hər zaman onlar tərəfindən silah-sursatla təchiz edilib. Son 30 ildə İran dini dairələrinin erməni keşişləri ilə əlbir fəaliyyəti haqqında müxtəlif iddialar dolaşmaqdadır. Əvvəllər gizli saxlanılan bu işbirliyi, son zamanlar araşdırmalar nəticəsində yavaş –yavaş gün üzünə çıxıb. 

Əsgərlərimizə qumbara atan erməni əslən İsfahanlıdır

“Eçmiədzin kilsəsi və ABŞ-da olan erməni lobbisi bu iki dövlətin din xadimlərinin görüşlərinin birbaşa təşkilatçısıdır.  Belə görüşlər əsasən İranın eks prezidenti Həsən Ruhani zamanında daha fəal keçirilirdi. Hətta Ruhani hakimiyyətə gəldikdən sonra ermənilər Təbrizdə böyük bir kilsə yaratdılar. Bu gün İranla Ermənistan arasında 70-ə yaxın dini bağlantı var”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Rövşən Novruzoğlu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı “molla şəbəkəsi” - Onlar KİMDİR? 


Onun sözlərinə görə, hətta bir zamanlar Bakıda yaşayan ermənilər gizli şəkildə təbliğat apararaq, şəhərdəki kilsələrini açdırmağa cəhd ediblər. 

“Çünki onların ibadət yerləri yox idi, gizlincə mikrorayonlarda fəlaiyyət göstərən mərkəzləri var idi, orada da dövlətçilik əleyhinə işlərlə məşğul idilər. Sizə bir fakt deyim ki, bu yaxınlarda Şuşa yaxınlığında bizim əsgərlərimizə qumbara atan şəxs özü İsfahan ermənisi idi. Bu cür terrorçular həmin bu dini şəbəkələrdə yetişdirilib, Azərbaycana qarşı təxribatlar törətmək üçün meydanlara buraxılırlar”.

Politoloq qeyd edib ki, 1992 - ci ildə  Tehranda Şuşa haqqında keçirilən konfransda Eçmiədzin kilsəsinin keşiçləri iştirak edirdi. 

“Onlar orada çıxışları zamanı açıq-aşkar bildirirdilər ki, Şuşa Ermənistanındır. Bundan başqa orada tanınmamış qondarma Qarabağ Respublikasının bayrağı da dalğalanırdı”.

Eçmiədzin kilsəsi iranlıların əlindədir 

Politoloq Cümşüd Nuriyevin fikrincə isə, Ermənistanda kilsə hər zaman dövlət statusunda çıxış edib. Bu yüz illərdir belə davam edib.

“Lakin Erməni kilsəsi Paşinyanın dövründə hakimiyyətə təsir edə bilmədiyi üçün kifayət qədər aqressivləşib. Bu səsəbdən də onlar İran mollaları ilə əlaqələrini daha da gücləndiriblər. İran əhalisinin 50 % türk olduğunu bilir və buna görə də Azərbycan dövlətini və ümumiyyətlə, bütün türk dövlətlərinin güclənməsini həzm edə bilmir. Ona görə də birləşib, öz maraqları üçün hərəkət edirlər. Həm erməni, həm də İran din xadimləri qəti surətdə Zəngəzur dəhlizinin açılmasını istəmirlər və bu da onların maraqlarının üst-üstə düşməsi deməkdir”. 

Sonda siyasi analitik həmçinin qeyd edib ki, Eçmiədzin kilsəsinin başçılığı indiyə qədər İran mənşəli ermənilərin dinastiyasının əlindədir. 

“Kilsənin başçılığına digər mənşəli ermənilər buraxılmır. Çox güman ki, Ermənistanda kilsə ilə dövlət arasında münasibətlər daha aqressiv müstəvidə irəliləyəcək. Təssüflə qeyd edək ki, bu gün Ermənistanla İran din xadimləri eyni mənsəbə xidmət edirlər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin