Gürcüstan hökuməti Zelenskinin sözünü yerə saldı – Gürcü politoloqdan AÇIQLAMA

Hazırda oxunan: Gürcüstan hökuməti Zelenskinin sözünü yerə saldı – Gürcü politoloqdan AÇIQLAMA

46082

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin sözünü yerə salıb. 

Belə ki, Gürcüstanda tutulan eks prezident Mixeil Saakaşvili Ukrayna vətəndaşı olduğu üçün Zelenski Qaribaşvilidən onun hüquqlarının beynəlxalq normalar əsasında tam şəkildə qorunmasını istəyib.

Eyni zamanda səhhətində ciddi problem yaranan Saakaşvilini tibbi yardım almaq üçün normal xəstəxanaya köçürülməsini xahiş edib. Lakin Gürcüstan höküməti Ukrayna prezidentinin sözünə məhəl qoymayıb.

Bu barədə Bizim.Media-ya özəl açıqlamasında “Azad zona” qeyri-hökumət təşkilatının sədri, politoloq Qela Vasadze bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Delimitasiyadan əvvəl sərhədimizi möhkəmləndirməliyik” – Erməni general-mayor


Onun sözlərinə görə, hökümət Vladimir Zelenskinin sözlərin heç bir şəkildə reaksiya verməyib:

“Hətta Zelenskinin Saakaşvili üçün göndərmək istədiyi həkimlərin Gürcüstana buraxılmasına belə icazə verilməyib. Sonuncu vəziyyət belədir. Ona görə bu məsələdə proqnoz vermək də hələ tezdir”.
 

Politoloq həmçinin qeyd edib ki, baxmayaraq ki, Avropa Parlamentinin deputatları, o cümlədən Ana Fotiqa Saakaşvilinin həbsinə nəzarət etmək üçün Gürcüstandadır, onlara da Saakaşvili ilə görüşməyə şərait yaradılmır.


“Avropa Parlamentinin deputatlarına da Saakaşvili ilə görüşə icazə verilməyib. Bu isə o deməkdir ki, proses sifarişlər əsasında icra edilir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin