"İşğaldan azad edilmiş ərazilərə 1 milyon insan səfər edəcək" - Turizm Agentliyi

Hazırda oxunan: "İşğaldan azad edilmiş ərazilərə 1 milyon insan səfər edəcək" - Turizm Agentliyi

0:00
0:00
46081

Dövlət Turizm Agentliyi (DTA) qarşıdakı 4 ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək turistlərin sayını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (International Business Forum – IBF) çıxış edən Dövlət Turizm Agentliyinin Aparatın rəhbəri Kənan Qasımov deyib.

K.Qasımov qeyd edib ki, 2025-ci ilə qədər yerli və xarici turistlər birlikdə 1 milyona yaxın insanın azad edilmiş ərazilərə səfər etməsi nəzərdə tutulur.

"Dövlət Turizm Agentliyi olaraq turizmin canlanması və yenidən inkişafı bizim üçün prioritetlərdən biridir", - K.Qasımov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin