Makron Fransa bayrağını gizli şəkildə dəyişdirib? - TƏFƏRRÜAT

Hazırda oxunan: Makron Fransa bayrağını gizli şəkildə dəyişdirib? - TƏFƏRRÜAT

0:00
0:00
46049

Fransa prezidenti Emmanuel Makron ölkə bayrağındakı mavi rəngin kölgəsini gizli şəkildə dəyişib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Le Parisen” qəzeti yayıb.

Mənbə yazır ki, dəyişiklik bir ildən əvvəl baş verib, lakin diqqətdən kənarda qalıb. Bu barədə ictimaiyyətə məlumat verilməyib.

Dəyişikliklər nəticəsində bayrağın mavi rəngi daha tünd çalar alıb. Eyni zamanda, yenilənmiş bayraq artıq Yelisey Sarayının, Parlamentin, eləcə də Daxili İşlər Nazirliyinin üzərində dalğalanır.

Jurnalistlər Pol Laratoru və Eliot Blondetin sözlərinə görə, dövlət başçısı bu qərarı sarayın əməliyyat direktorunun məsləhəti ilə 2020-ci ilin iyulunda verib.

Mavi rəngin yeni çaları daha eleqant görünür. Bundan əlavə, prezident istəyib ki, bu, 1793-cü il Fransa bayrağını xatırlatsın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin