"İran nəinki türk dövlətləri, heç islam ölkələri birliyində də təmsil olunmaq təşəbbüsündə deyil" deyən, politoloq Yeganə Hacıyeva Tehranın hansısa beynəlxalq və hətta regional təşkilatlarda iştirak etmək istəmədiyini diqqətə çatdırıb.
Bizim.Media üçün verdiyi şərhdə siyasi ekspert onu da qeyd edib ki, İran qonşularla bölgədəki resurs mübarizəsində primitiv təsəvvürə malikdir. Onun hər hansı birlikdə iştirk etmək problemləri var.
MÖVZU İLƏ BAĞLI:
Güc üçlükdədir - Cənubi Qafqazın aparıcı aktorları kimdir? - ŞƏRH
İranda 6-ya yaxın böyük etnik qrup var, amma onları dövlət kimi ayaqda saxlayan türklərdir.
Milyondan çox kürd vətəndaşı olsa da, İran sırf türklərlə bağlı istənilən addımı özünün dövlətçiliyinə hədə kimi görür:
"Hətta türk qonşularının inkişafını özünə təhdid hesab edir. Fars rejimində yaxın gələcəkdə digər etnik qrupların hakimiyyətə gəlmə şansı yoxdur. Hakimiyyətdaxili qruplar arasında mübarizə gedir".
Xanım politoloq örnək kimi Larincani qardaşlarının həbs olunmasını da xatırladıb. Yeganə Hacıyevanın qənaətinə görə, əslində Tehran Türk Dövlətləri Təşkilatına üzvlüklə xilas ola bilərdi. Sadəcə, yenilikdən uzaq durdu. Amma müasir idarəetmələrdən qaçması İranı çökdürəcək. Hətta Şimali Koreya və Filippin kimi diktaturaların böyük addımlar atdığı zamanda İran anlamalıdır ki, ümumi dünya trendindən kənarda qala bilməz.
Türk Dövlətləri Təşkilatından da bəhs edən politoloq türk birliyi ideyasının 1988-89-cu illərə aid olduğunu əlavə edib. Belə ki, bu, SSRİ-ni dağıdan ideologiyalardan biri olub.
Bugün üçün Rusiyanın türklərdən ibarət federasiyalarında da bu ideologiya hiss olunmaqdadır:
"Türk Dövlətləri Təşkilatına Rusiya da üzv olmaq istəyəcək. Bu yolla Kreml türk federasiyalarında yaranmış riskləri bloklamağa çalışacaq. İranın isə belə bir ssenarisi yoxdur. Bu mövzuda İranın ağılı o qədər də inkişaf etməyib".
Bizim.Media