Zəngəzurda 6 erməni kəndinin Qafanla əlaqəsi kəsildi – DETALLAR

Hazırda oxunan: Zəngəzurda 6 erməni kəndinin Qafanla əlaqəsi kəsildi – DETALLAR

46031

Qafan-Çakaten avtomobil yolunda qurulan Azərbaycanın keçid məntəqəsi 6 erməni kəndinin Qafanla əlaqəsini kəsib.

Bizim.Media xəbər verir ki, bu fikirləri Qafan şəhərinin meri Gevork Parsyan səsləndirib.

Onun sözlərinə görə, əgər əvvəllər bu 6 yaşayış məntəqəsinə olan məsafə 7-8 km idisə, indi Meğri vasitəsilə 150 km-dir.

“1990-cı illərdə Geqanuş qəsəbəsindən salınan keçilməz yol da var. Hazırda orada təmir işləri gedir”, - deyə o, jurnalistlərə bildirib.

Xatırladaq ki, Azərbaycan bu gecə yarısı Qafan-Çakaten yolunda daha bir gömrük məntəqəsi yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin