Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan 9 deputatı ölkənin eks-prezidenti Mixeil Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə partiya liderlərindən biri David Kirkitadze məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
“Mixail Saakaşvili heç vaxt əfv edilməyəcək” – Gürcüstan Prezidenti
Deputatların 45 gündür aclıq aksiyası keçirən Saakaşviliyə lazımi tibbi xidmət göstərilmədiyi üçün bu addımı atdıqları bildirilir.
Aclıq aksiyası keçirən millət vəkilləri sabiq prezidentin mülki klinikaya köçürülməsini tələb edirlər.
Bizim.Media