"İorina Natalya Vyaçeslavovna barəsində heç bir inzibati, cinayət icraatı yoxdur. Onun özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə polis şöbəsinə dəvət olunaraq, həkim nəzarətinə verilib".
Bizim.Media xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
"Hazırda sağlamlıq vəziyyəti sabitdir. Bu saatlarda yaşadığı ünvana göndərilməsi təmin olunacaqdır. Onun siyasi baxışlarına görə saxlanılması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır. Onu narahat edən hallarla bağlı araşdırmalar davam etdirilir", - nazirliyin şöbə rəisi əlavə edib.
Qeyd edək ki, Xətai rayonunun NZS qəsəbəsində yaşadığını bildirən İorina Natalya Vyaçeslavovna bir neçə gün əvvəl DİN-in binası qarşısında təkadamlıq aksiya keçirib. O, polis idarəsinə etdiyi müraciətlərə baxılmadığını iddia edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:41 / 14.11.2021
DİN-dən özünə xəsarət yetirən qadınla bağlı AÇIQLAMA
Hazırda oxunan: DİN-dən özünə xəsarət yetirən qadınla bağlı AÇIQLAMA
Hazırda oxunan: DİN-dən özünə xəsarət yetirən qadınla bağlı AÇIQLAMA
0:00
0:00
45936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.