Qobustanın 35 evdən ibarət Bəklə kəndi 35 şəhid verib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkədə bununla bağlı hazırlanan sujetə istinadən məlumat verir.
Bu kənd neçə-neçə elm adamı, yüksək rütbəli zabit, ədəbiyyat sevdalısı yetişdirib. 1941-1945-ci illərdə Bəklə igidləri sinələrini düşmən gülləsinə sipər ediblər. I Qarabağ müharibəsində də yenə gözlərini qırpmadan düşmənin qarşısına dikiliblər. Qayıdanı da olub, Gərayev Kənan kimi şəhidliyə könül verəni də...
Bəklə kəndi Birinci və İkinci Qarabağ savaşlarında 2, Böyük Vətən müharibəsində isə 33 şəhid verib.
Gərayev Kənanın əmisi oğlu Gərayev Tural isə 44 günlük Vətən müharibəsində əmisi oğlunun iziylə yola çıxıb və onun qisasını alıb.
Tural Gərayev 27 sentyabr 2020-ci il tarixindən işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda Vətənimizin müdafiəsinə qatılıb. Füzuli uğrunda döyüşlərdə kəşfiyyatçı kimi 4 erməni postunun alınmasında onun rolu əvəzsizdir. Qızğın döyüşlərin birində düşmən gülləsinə tuş gələn Tural Gərayev qəhrəmancasına şəhid olub. Şəhidimizin bir övladı var.
Bəklə kənd sakinlərinin əməyi ilə I və II Qarabağ savaşlarında şəhid olanların xatirəsinə bulaq salınıb.
Xatirə bulağının açılışında təkcə bəkləlilər deyil, bütün Qobustandan, Azərbaycanın müxtəlif guşələrindən şəhidlərin adını uca tutanlar iştirak edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Multimedia
18:10 / 13.11.2021
35 evdən ibarət olan bu kənd 35 ŞƏHİD verib - VİDEO
Hazırda oxunan: 35 evdən ibarət olan bu kənd 35 ŞƏHİD verib - VİDEO
Hazırda oxunan: 35 evdən ibarət olan bu kənd 35 ŞƏHİD verib - VİDEO
45886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.