Erməni kilsəsi MOLLALARLA Azərbaycana qarşı TƏXRİBAT hazırlayır - MƏXFİ PLAN 

Hazırda oxunan: Erməni kilsəsi MOLLALARLA Azərbaycana qarşı TƏXRİBAT hazırlayır - MƏXFİ PLAN 

45831

Erməni kilsəsinin dünya ermənilərinin üstündəki dominantlığı təzə söhbət deyil. Amma məsələ orasındadır ki, İran dini dairələrinin erməni keşişləri ilə əlbir fəaliyyəti az öyrənilən sahədir.

Demək olar ki, bu barədə çox az məlumat var. Son 30 ildə isə bu tandem xüsusi olaraq türklərə, ələxsus da Azərbaycana qarşı köklənib və bu haqda faktlar artıq özünü biruzə verməyə başlayıb.

Bizim.Media-ya bu məsələ barədə danışan BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikrincə, İran mollaları ilə erməni keşişlərin iş birliyi gizli deyil və bu, uzun müddətdir ki, var. Belə ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra onlar birləşərək Azərbaycana qarşı fəaliyyət göstərirlər:
 

MÖVZU İLƏ BAĞLI:

Erməni kilsəsi qadınları döyüşə göndərir – İrəvanın Qarabağda “SPİD” PLANI 


"Söhbət din adı altında gizlənmiş molla rejimi və Ermənistanda geniş nüfuza malik kilsədən gedir".

Politoloq bildirib ki, belə faktlar bu iki dini birləşmənin əsl mahiyyətini ortaya çıxarır.
İran molla rejiminin Azərbaycana qarşı apardığı siyasət tam ortadadı. Yəni, hər kəsin gözü önündədir. Biz isə bundan heç də təəccüblənmirik. Bu da həmin molla rejiminin Azərbaycanın müstəqilliyini qəbul etməməsi ilə bağlıdır:

"Onlar Azərbaycanın suverenliyini də qəbul etməyib Bakıya qarşı geniş fəaliyyət istiqamətini götürüblər. Bu özünü erməni keşişlərlə iş birliyində də göstərir. Tehran-İrəvan yaxınlığı təkcə dini iş birliyi ilə kifayətlənmir. Ermənistan İranla çox yaxındır. Demək olar ki, qardaşdırlar. 
Bir məsələyə də diqqət ayırmaq istəyirəm. 
 

Bu yaxınlarda Türkiyə televiziyalarının biri Ermənistanda sorğu keçirib. Sorğu iştirakçılarının demək olar ki, hamısı Ermənistanın dostu, qardaşı, müttəfiqi kimi İranı göstərib. Bu sorğunun özü çox sualın cavabıdır".


Politoloqun fikrincə, ermənilər əsas müttəfiq kimi əvvəllər Rusiyanı görürdülərsə, indi İranı ən yaxın ölkə sayırlar. 

Məsələ ilə bağlı araşdırmamız davam edir, mövzu gündəmdə  olacaq, bizi izləyin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin