Bu ilin sonundan etibarən qaz sayğaclarının dayandırılması və oxunuşu vahid mərkəzdən idarə olunacaq.
Bizim.Media xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyev Xəzər Xəbər-ə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda heç bir sayğac bazadan idarə olunmur. Amma növbəti ildən bu sistemdə bəzi dəyişikliklər olacaq:
MÖVZU İLƏ BAĞLI:
“Azəriqaz” rəhbərindən işçilərinə SƏRT TƏPKİ - “Özü ilə 3-5 sayğac götürüb, abonentə “dəyişməlidir” deyir” - VİDEO
“İlin sonundan etibarən smart qurğulu sayğacların borca görə dayanmasını və oxunuşunu həyata keçirə biləcəyik”, - deyə qurum rəhbəri qeyd edib.
Alçina Amilqızı, Bizim.Media