Xankəndi-Şuşa-Laçın yolu hər iki istiqamətdə açıqdır.
Bizim.Media xəbər verir ki, bu iddia ilə erməni mətbuatı çıxış edib.
Mənbə yazır ki, təhlükəsiz hərəkət Rusiya sülhməramlı kontingenti tərəfindən təmin edilir.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Azərbaycan Xankəndi-Laçın yolunu bağladı
Xatırladaq ki, bu gün səhər Şuşa şəhərinin aşağı hissəsində erməni terrorçu avtomobillə Azərbaycan postuna yaxınlaşaraq onlara tərəf qumbara atıb. Nəticədə bir hərbçimiz yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur.
Rusiya sülhməramlıları terrorçunu saxlayıblar. Bu haqda video Telegram kanallarında yayılıb.
Bizim.Media