DYP-dən sayrışan işıqlarla bağlı sürücülərə MÜRACİƏT

Hazırda oxunan: DYP-dən sayrışan işıqlarla bağlı sürücülərə MÜRACİƏT

45795

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sayrışan işıqlarla bağlı hüquqi və fiziki şəxslərə müraciət edib.

DYP-dən Bizim.Media-ya verilən məlumatda deyilir ki, avtomobil yollarında hərəkətdə olarkən qabaq hissəsində göy və ya qırmızı rəngli sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinə son vaxtlar tez-tez rast gəlinir.

Belə hallar qanun pozuntusu olmaqla yanaşı, həm də bu kimi avtomobillərin sürücüləri bəzən digər hərəkət iştirakçılarına maneçilik yaradırlar.
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən piyada və sürücülərə MÜRACİƏT 


“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, göy və ya qırmızı rəngli sayrışan işıq siqnalı yalnız operativ nəqliyyat vasitələrində olmalıdır və onların sürücüləri də xüsusi tapşırıqları yerinə yetirərkən xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.

Həmçinin, gücü dəyişən işıqlardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır. Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri xüsusi qeydiyyatdan keçməlidirlər. Müvafiq orqanın icazəsi olmadan sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin