Azərbaycanlıların orta ömrü azalıb

Hazırda oxunan: Azərbaycanlıların orta ömrü azalıb

45757

“Pandemiya dövründə bizim gənclərimizin, yaşlılarımızın ölməsi bizdə orta ömür uzunluğunu kəskin aşağı saldı. Ancaq 1 ilə biz pandemiyadan əvvəlki orta ömrə qayıdacağıq. Bizim hesablarımız göstərir ki, 2035-ci ildə Azərbaycanda orta ömür uzunluğu 78 yaşa çatacaq”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir əhalinin yaşlanması əsas qlobal problem adlandırıb:

“Orta yaş indi 26 yaşdır. 2035-ci ildə bu, daha da artacaq. Hər bir pensiya alan şəxsə 2,5-3 işləyən şəxs lazımdır. Hələlik biz bu nisbətdən aşağıyıq. Biz pensiya sistemini daha da kövrəltməməliyik. Muzdluların və yığımların sayını artırmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin